“Qarabağ”ın heyətində çəkindiyi oyunçunun adını AÇIQLADI - Emil Breyvik

19:23 - 20 Sentyabr 2023

“Qarabağ”ın heyətində çəkindiyi oyunçunun adını AÇIQLADI - Emil Breyvik

“Qarabağ”ın heyətində Marko Yankoviçi xüsusi fərqləndirərdim. O, çox təhlükəli futbolçudur.

 

Manset.az-ın məlumatına görə, bunu Norveçin “Molde” klubunun futbolçusu Emil Breyvik “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

23 yaşlı yarımmüdafiəçi Bakıda onları çətin oyunun gözlədiyini söyləyib: “Səfərimiz yaxşı keçdi, birbaşa reys idi. Yorğunluq hiss etmirik. “Qarabağ”ın heyətində 2020-ci ildən xatırladığım futbolçu Kevin Medinadır”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az