Onların bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar - Prezident

21:01 - 20 Sentyabr 2023

Onların bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar - Prezident

Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq.

 

Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin, dağıdılmasında, qəbirlərin qazılmasında erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranları ittiham etmişik. Biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az