Xaçmazda güclü yağış fəsadlar törətdi

20:00 - 03 Oktyabr 2023

Xaçmazda güclü yağış fəsadlar törətdi

Xaçmazda güclü yağış fəsadlara səbəb olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, güclü yağış nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyi bildirilir.

Xaçmaz Elektrik Şəbəkəsindən APA-ya bildirilib ki, hazırda rayonda müşahidə olunan güclü yağışla əlaqədar 10 kV-luq yüksək gərginlikli elektrik xəttində qəza olub. Nəticədə Nərəcan, Uzunoba, Əhmədoba, Qaracəlli, Müşkür və s. kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qəza briqadaları əraziyə cəlb edilib, yaşayış məntəqələrinə enerjinin verilişini bərpa etmək üçün işlər görülür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv