"Ağakərimin görüntüləri mənə atamı xatırlatdı" - Mətanət ağladı

08:08 - 26 Dekabr 2023

\"Ağakərimin görüntüləri mənə atamı xatırlatdı\" - Mətanət ağladı

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Kərimoğlu "Xəzər axşamı" verilişində qonaq olub.

 

Manset.az axşam.az-a istinadən bildirir ki, proqram zamanı meyxanaçının 2019-cu ildə övladının toyundakı görüntüləri nümayiş olunub. Həmin kadrları izləyən aparıcı Mətanət Əliverdiyeva göz yaşlarını saxlaya bilməyib. O, atasının da insult keçirdiyini bildirib:

"Həmişə deyirəm ki, insan yaşlananda və xəstələnəndə uşaq kimi olur. Bu görüntü mənə öz atamı xatırlatdı. O vaxtkı kasetləri izləyəndə görürəm ki, atamı məclisə çox çətin halda gətirmişdilər. O da beyin iflici olmuşdu. Bu görüntülər mənə çox pis təsir etdi. Adam bunları izləyəndə bilmir ki, nə ifadə etsin".

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az