Səfirimiz etimadnaməsini Maya Sanduya təqdim etdi

22:12 - 23 Yanvar 2024

Səfirimiz etimadnaməsini Maya Sanduya təqdim etdi

Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Ülvi Baxşəliyev Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

 

Manset.az xəbər verir ki, səfir etimadnaməsini Maya Sanduya təqdim edib.

Görüşdə Moldova və Azərbaycan arasında siyasi dialoqun, eləcə də ticari-iqtisadi sahədə əlaqələrin genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu vurğulanıb.

Görüş zamanı Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Maya Sandu azərbaycanlı diplomatı Moldovaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra Ülvi Baxşəliyev səfirliyin önündə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az