SON DƏQİQƏ! Stilist Anara yüksək vəzifə verildi

16:01 - 12 Fevral 2024

SON DƏQİQƏ! Stilist Anara yüksək vəzifə verildi

Dünyaca tanınmış stilist Anar Ağakişiyev bundan sonra Kanal S televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq. 

 

Manset.az xəbər verir ki, Kanaldan OLAY-a verilən eksklüziv məlumata görə, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır. Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhvəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq. 

Qeyd edək ki, ARB televiziyasında bu vəzifəni Xoşqədəm Baxşəliyeva yerinə yetirir. 

Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az