Qətlə yetirilən Əhmədovlar ailəsi dəfn olundu

14:50 - 14 Fevral 2024

Qətlə yetirilən Əhmədovlar ailəsi dəfn olundu

Ötən gün Xətai rayonunda 25 yaşlı Əhməd Əhmədov tərəfindən amansızlıqla qətlə yetirilən ailə üzvləri bu gün dəfn olunub. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumlar Suraxanı rayonunda yerləşən Dədə Qurqud qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az