Kəlbəcər-Laçın avtomobil yolunun inşası uğurla davam etdirilir - VİDEO

12:02 - 15 Fevral 2024

Kəlbəcər-Laçın avtomobil yolunun inşası uğurla davam etdirilir - VİDEO

Hazırda Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində tunellərin inşası davam etdirilir.

 

Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir.

Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellərdə hərəkət hissəsi 11.6 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 13 300 metr təşkil edəcək.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci texniki dərəcələrə uyğun olaraq inşa edilir. 

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az