Azərbaycanda 3 milyonluq dələduzluq - Saxlanılanlar var

11:52 - 16 Fevral 2024

Azərbaycanda 3 milyonluq dələduzluq - Saxlanılanlar var

Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərova saxlanılıb. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 (əlli beş min) manat pulunu ələ keçirib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Ceyhun Əsgərov saxlanılıb.

O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmiş və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 000 000 (üç milyon) manatdan artıq zərər vurub.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az