logo
logo logo
logo

Ermənistanın təxribatı BAŞINDA ÇATLADI – Qərbi nə qorxudur?

10:51 - 20 Fevral 2024

Ermənistanın təxribatı BAŞINDA ÇATLADI – Qərbi nə qorxudur?

Azərbaycan bu gün ona qarşı hazırlanan bütün planları pozmaqla məşğuldur. Rəsmi Bakı bunu qətiyyətli və iradəli addımları, qərarları ilə yüksək ustalıqla icra edir. Suverenliyini bərpa etmiş gənc dövlət Azərbaycanın hazırda dünyada söz sahibi olan dövlətlərin ədalətsiz, əsassız çıxışlarına qarşı çıxması özü Azərbaycanın artıq nəyini regionda, eyni zamanda dünyada öməmli aktorlardan birinə çevrildiyinə ən yaxşı sübutdur. 

 

Son Münhen Təhlükəsizlik Konfransı da bir daha Azərbaycana olan ehtiyacı açıq-aydın göstərdi. Azərbaycan adına prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı olduqca vacib hadisədir. Bu Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi.

Sözügedən hadisə yenidən xalqın çox böyük səsini toplayaraq prezident seçilən həm İlham Əliyev üçün, həm də son 4 ilə yaxın bir müddətdə beynəlxalq təzyiqlərə sinə gərən bir dövlət üçün "hodri meydan" mesajı idi. 

Münhen TK-dakı vəziyyətə nəzər saldıqda əslində hər şeyin Qərbin bəzi ermənipərəst dairələrinin göstərməyə çalışdığı kimi olmadığını əks etdirdi. Prezident İlham Əliyev ilə görüşmək istəyən dövlət başçıları və digər diplomatların sırada gözləməsi Azərbaycanın və onun liderinin dayanmadan dünyada artan nüfuzunun göstəricisidir. Bu mənzərə nəyinki Ermənistanın, bütün ermənipərəst dairələrin planlarını növbəti dəfə puç etdi, apardıqları anti-Azərbaycan siyasətlərinin bir işə yaramadığını, qarayaxma kompaniyalarının boşuna getdiyi sübut elədi.

Halbuki Ermənistanın planları başqa idi. Elə Təhlükəsizlik Konfransı öncəsi sərhəddəki ard-arda mövqelərimiz istiqamətində baş verən təxribatların da məqsədi məhz Azərbaycanı növbəti dəfə Avropada "günah keçisi" kimi göstərmək idi. Lakin, yenə olmadı!

Ermənistan və havadarlarının ümidi onaydı ki, Qarabağda anti-terror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaq. Lakin proseslər əslində Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu ermənilərin elə gözlərini dikdiyi Münhen Təhlükəsizlik Konfransında göstərdi.

Başqa Fransa olmaqla Ermənistana havadarlıq edən bəzi dövlətlər və ermənipərəst diplomatlar xüsusilə son zamanlar Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, şahidi oluruq ki, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar.

Fevralın 16-da Münhendə Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşdə ATƏT-lə bağlı tələbi diqqət çəkib. Prezident Qarabağ münaqişəsini başa çatdığını bir daha vurğulayıb və qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməlidir.

Bu gün isə Ermənistan tərəfindən qurumun canlandırılmasına çalışılır. Lakin Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi başa çatıb” arqumenti bu təşəbbüsü mümkünsüz edir. Ümumiyyətlə, münaqişə faktiki olaraq bitib. Qurum münaqişənin sülh yolu ilə həlli məqsədi ilə yaradılmışdı. Geridə qoyduğumuz 30 il ərzində həmsədrlərin regiona əhəmiyyətsiz səfərləri ilə buna nail oluna bilmədi. Əksinə ildən-ilə Ermənistanın "turist diplomatiyası", “konyak diplomatiyası”na aludə olan həmsədrlər Azərbaycanın ərazilərinin işğalını legitimləşdiurmək üçün əllərindən gələni etdilər. Nəticədə İkinci Qarabağ müharibəsi başladı və proses Azərbaycanın hərbi yola əl atması ilə tənzimləndi.

Bu gün fakt-faktlığında qalır ki, artıq “Dağlıq Qarabağ” adlı bir münaqişə yoxdur. Nəticə etibarilə rəsmi Bakı keçmişin qalıqları olan və artıq bitmiş bir münaqişənin izlərini daşıyan qurumların fəaliyyət göstərməsini istəmir. Buna görə də haqlı tələb kimi adıçəkilən qurumların ləğvini tələb edir. İstisna edilmir ki, Bakının bu tələbi də yaxın gələcəkdə öz haqlı nəticəsini verəcək. Çünki bu gün Avropaya Ermənistan və onun işğalçılıq siyasətini dəstəkləməkdən çox, güclü tranzit imkanlarına, logistik nəqliyyat dəhlizlərinə, neft,qaz, yaşıl enerji potensialı yüksək olan Azərbaycan lazımdır.

Tək onu demək kifayətdir ki, dövlət başçısının MTK-dakı qrafikinə nəzər saldıqda mövcid intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah edə bilərik. Bura dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri daxildir. Dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu  tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdığı ən mühüm platformalatdan biri olan MTK-da Azərbaycanın dövlət başçısına göstərdikləri bu diqqət və həssaslıq rəsmi Bakının artıq qlobal əhəmiyyətə malik, hər yerdə qəbul edilməyə başlayan beyin mərkəzlərindən biri, güc platforması kimi qəbullandığına işarədir. 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az