Gəncədə ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA

11:06 - 20 Fevral 2024

Gəncədə ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə doqquz yaşlı qız xəstəxanada ölməsi ilə bağlı açıqlama verib.

 

TƏBİB-dən Manset.az-a bildirilib ki, 2014-cü il təvəllüdlü (qadın cinsli) şəxs fevralın 20-i, saat 02:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə yerləşdirilib:

“Ona plevrit diaqnozu qoyulub. Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 04:00-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı qeyd olunur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az