Kamil bu maddələrlə ittiham olunur - AÇIQLAMA

12:43 - 21 Fevral 2024

Kamil bu maddələrlə ittiham olunur - AÇIQLAMA

Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.

 

Manset.az xəbər verir ki, fitnes məşqçinin vəkili Ələkbər Qarayev “Qafqazinfo”ya verdiyi məlumata görə, müvəkkili 44 günlük müharibə başlayandan iki gün sonra Ermənistan tərəfindən axtarışa verilib.

Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib.

Vəkilin sözlərinə görə, hələ 48 saatlıq tutulma qərarı var. O, sabah həbs tələbi ilə məhkəməyə çıxarılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az