Bakıda maşından 4 min manatlıq saat oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a verilən xəbərə görə, Xətai rayonu ərazisində BMW markalı avtomobildən 300 ABŞ dolları və 4000 manat dəyərində qol saatının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Elşad Şirinov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.