25 fevralla bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ

07:36 - 24 Fevral 2024

25 fevralla bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ

Son 7 ildə ən böyük günəş partlayışı fevralın 25-də Yerdə G4 maqnit qasırğasına səbəb ola bilər.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiya laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun astrofizikləri bildiriblər.

Alimlərin sözlərinə görə, Günəşdə baş verən partlayışdan sonra güclü maqnit qasırğası riski yüksəkdir.

Maqnit qasırğalarının gücü beş ballıq şkala ilə qiymətləndirilir. G4 səviyyəsi geomaqnit qasırğasının çox güclü olacağını göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az