Fikrət Məmmədov kollektivə təqdim edildi

20:36 - 23 Fevral 2024

Fikrət Məmmədov kollektivə təqdim edildi

Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub.

 

Bu barədə Manset.az-a  Konstitusiya Məhkəməsindən məlumat verilib.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən hakim vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

F.Məmmədov göstərilən etimada görə dövlət başçısına təşəkkürünü ifadə edərək hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az