Xırdalanda şagirdin iddia olunan səs yazısı araşdırılır

13:55 - 25 Fevral 2024

Xırdalanda şagirdin iddia olunan səs yazısı araşdırılır

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

 

Manset.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Report"a bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb.

"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq", - açıqlamada deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az