Əsgərimiz əlverişsiz havada hərəkət istiqamətini itirərək azıb - Rəsmi

12:08 - 28 Fevral 2024

Əsgərimiz əlverişsiz havada hərəkət istiqamətini itirərək azıb - Rəsmi

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az