XTQ komandanı vəzifəsinin icrası ona tapşırıldı

11:17 - 04 İyun 2024

XTQ komandanı vəzifəsinin icrası ona tapşırıldı

Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.

A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub. 

Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az