Adil Əliyev kollektivə təqdim olundu

10:42 - 09 İyul 2024

Adil Əliyev kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Abış oğlu Əliyev iyulun 9-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.


Manset.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Adil Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az