Bu il 100 bağçada yoxlama aparılması nəzərdə tutulur

12:22 - 09 İyul 2024

Bu il 100 bağçada yoxlama aparılması nəzərdə tutulur

Ötən il 50 bağçada keyfiyyət əsaslı monitorinq aparılıb. Bu il daha 100 bağçada yoxlamalar baş tutacaq.


Manset.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az