16 yaşlı gənc tanışını traktorla vuraraq öldürdü

09:35 - 29 İyul 2024

16 yaşlı gənc tanışını traktorla vuraraq öldürdü

Cəlilabad rayonunda 16 yaşlı gənc ehtiyatsızlıqdan həmkəndlisini traktorla əzib, yaralı hadisə yerində ölüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü Həsənov Məhəmməd Həbib oğlu yaşadıqları evin həyətində atası Əliyev Həbib Əzizağa oğluna məxsus 90-K-305 dövlət qeydiyyat nişanlı traktoru irəli hərəkət etdirdiyi vaxt traktora qoşulmuş ot (pres) bağlayan qurğunun arxa metal hissəsinin ehtiyatsızlıqdan arxada dayanmış Cahid Vahabova dəyib. C. Vahabov xəstəcanaya aparılarkən yolda ölüb.

Fakt araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az