Bəzi mövzular var, illərdir yazılır, müzakirələr olunur, mübahisələr doğurur hətta. Təkrarlanır, bir də başa dönür, göz də yorulur. Bax elə o mövzudan yazacam…
Nəticəsini bildiyimiz halda niyə yazırıq bəs? Nəticəsi qane etmədiyi üçündür,əlbət. Qərarlar və yazılmamış qanunlar var beynimizə həkk olunan; əsrlərdir qəbul etdiyimiz və ya qəbul etmiş kimi göründüyümüz. Qəbul etdirilənlər də var gerçək donu geyindirilmiş, hökmə oxşayan, şüuraltımızı ələ keçirən. Hər gerçəyin ,hər bitmiş fikrin mübahisəyə və müzakirəyə açıq tərəfi var əslində. Mübahisə yox, müzakirə edək.
Qadın nəyi bacarmaz?
Gözümüzü açandan milli adət-ənənələrimizin verdiyi dəyərlərlə qadına yanaşmışıq. Ta o zamanlardan qadına biçilən yaşam tərzi vardı, qadın bunları edə bilər, yaxud əksinə. Qəbullanmışdıq, başqa variantın mövcud ola biləcəyini də düşünmürdük heç. Riyazi aksiom kimi şüurumuza həkk olunmuş bir qadın fiquru vardı qeyrisini düşünmədiyimiz.
Nə dəyişdi? Vaxtı ilə qəbullandığımız düşüncələri alt-üst edən nə oldu? Gəlin, bir az da dərinə gedək…
Vaxtı ilə o qadın fiqurunu formalaşdıran kişilər varmı ki indi? Qadını evinə xanım edən, maddi-mənəvi bütün yükü öz çiynində çəkən, çölü elə çöldə qoyub, evinə gəlib evinin ağası olan kişilərimiz. Süfrəsinin başında daim oturan, övladlarını başına yığan və yığdıran,onsuz qismət kəsməyən bir ailə yaradan kişilər. Xanımının qazan xörəyini yeyənlər, çöldəki kababı tək yeməyənlər. Körpəsi ata üzünə həsrət ikən restoranlarda gününü sabah etməyən, ailəsini kimsəyə əmanət etməyən kişilərimiz.
Yaddaşımıza qazınan və əsl Azərbaycan kişisi füquru azaldıqca və ya sahib olduğu dəyərlər itirildikcə “köhnə qadınların” hələ də qorunub saxlanılması nə qədər realdır?
Qadın işləməsin! O zaman işləməyə də məcbur buraxılmasın. (Ki, qadının işləməsi tək maddiyatla bağlı olmamalıdır,məncə)
“Qadın bu işləri görməsin” deyən köhnə kişilər gəlsin öncə!
Qadını güclü yox,zərif görmək istəyənlər, bu görüntünü kim yaradır? Qar dənəciyi birdən-birə topaya dönmür,axı.
Güclü olmaq və ya doğulmaq kişilərin fitrətindədir, qadını Allah zərif yaradıb. Güclü olmağını isə yaşadığı həyat yaradıb.
Mərdi qova-qova namərd etmək günümüzün acı reallığı olub; evinə xanım, uşağına ana olmaq istəyən qadın birdən-birə sərt, kobud, eqoist, bir az da kişi xüsusiyyətlərinə bürünmüş bir obraza çevrilir. Xoşbəxt etmək üçün çalışdığı zamanları xoşbəxt olmağa dəyişdirir. Yaşadığı bütün acıların qaramatı çökür üstünə, qarşısına çıxan yaxşını yaman görür, qurunun oduna yaş da yanır beləcə. Çəkdiyi sıxıntılar və stresslərdən gərgin qadına, əsəbi anaya çevrilir. Və başlayır ailə problemləri; hər kəs narazı, hər kəs huzursuzdur. Övladının dərslərinə belə çatmayan hövsələ, ittihamlar, deyingənlik və nəticədə dağılmağa doğru gedən bir ailə.
Yaradan qadını xoşbəxt olmağa yaradıb, əksi mümkün deyil, necə olsa, ətrafını da edəcək; xoşbəxtliyindən də, əzabından da pay biçəcək. Bu səbəbdən də nəsibini alan hər kəs iki kərə düşünsün- hansını istəyir? Ay üzlünü, yoxsa cəhənnəm mələyini?
Fikrimin özəyi— qadın bacaran məxluqdur, dostlar, bacarır. Nə olsa, bacarır. İşindən və əməlindən asılı olmayaraq. Lider olmağı da, fəhlə olmağı da, arxa olmağı da, arxadan vurmağı da. Qəhrəman olmağı da bacarır, tarixə adını yazdırmağı da. Unutmağı da bacarır, unudulmamağı da. Yar olmağı da bacarır, yara olmağı da.
Sağlam düşüncəyə malik bütün qadınlar həyatdakı bütün statusları qazanmağa qadirdirlər. Bacarırlar, yəni…
İnsan ayrıcalığı, yoxsa qadın bacarmaz? – Gülər Mübariz yazır…
17:15 - 28 Avqust 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
03 Avqust 2026 - 14:57
AzTV-nin əməkdaşının bacı və qardaşları dənizdə batdı
03 Avqust 2026 - 10:04
Ceki Çan Bakıdadır
03 Avqust 2026 - 17:50
Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüləcək
02 Avqust 2026 - 23:51
Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı
02 Avqust 2026 - 23:22
Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - VİDEO
02 Avqust 2026 - 23:54
Yayın istisində su ilə imtahan - VİDEO
02 Avqust 2026 - 23:37
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi
03 Avqust 2026 - 00:00
“Roma” Endrik üçün hərəkətə keçdi
02 Avqust 2026 - 23:52
Sumqayıtda zəncirvari qəza
02 Avqust 2026 - 22:56
Maşında sıxılı vəziyyətdə qalan şəxs xilas edİldi - Anbaan görüntülər
02 Avqust 2026 - 23:10
Mahir çempionatda ilk qolunu vurdu
02 Avqust 2026 - 22:25
Ekoloji narahatlıq yaradan zavodla bağlı RƏSMİ AÇIQLAMA
Xəbər xətti
- 03 Avqust 2026
- 21:51 "10 ilə yaxındır maşına minmirəm ki, vətəndaşlar mənə rahat yaxınlaşsın" - Qazaxın icra başçısı
- 21:31 15 yaşlı oğlan dənizdə batdı
- 21:16 Xəstəxana direktoru vəzifəsindən azad olundu
- 21:02 İstanbulda torpaq sürüşməsi baş verdi
- 20:58 Şəmkirdə "Niva" yandı - FOTO
- 20:43 "İmişli" "Sumqayıt"a qalib gəldi
- 20:22 İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub
- 20:01 Kamran Əsədov ev dustaqlığına buraxılmadı
- 19:48 Lənkərandakı yanğın söndürüldü - YENİLƏNİB
- 19:34 Zakir Həsənov hərbi attaşelərlə görüşdü - FOTO
- 19:19 İlin son Günəş tutulması baş verəcək
- 19:00 "Turan Tovuz" "Gənclərbirliyi"ni məğlub etdi
- 18:43 Hazırda 11 yolda tıxac var - SİYAHI
- 18:28 Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı
- 17:50 Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüləcək
- 17:36 Bakıda 4 yaşlı uşağın faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO
- 17:26 Nəriman Axundzadə Türkiyə klubuna keçir
- 16:48 Əli Əsədov yeni qərar imzaladı
- 16:47 Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü
- 16:21 "Qarabağ"ın rəqibi bəlli oldu
- 15:59 Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
- 15:50 Rus bölməsində yüksək nəticə göstərən MƏKTƏBLƏR
- 15:17 Anomal istilərə görə narıncı xəbərdarlıq elan olundu
- 15:14 "Fənərbaxça"nın potensial rəqibləri müəyyənləşdi
- 14:57 AzTV-nin əməkdaşının bacı və qardaşları dənizdə batdı
- 14:49 Uşaq qidasından həşərat çıxdı – Şok iddia
- 14:48 Azərbaycan–Gürcüstan sərhəd keçidi 2 dəfə sürətlənir
- 14:42 "İranla danışıqlar yenidən başlayır" - TRAMP
- 14:37 Misirdə 5,3 ballıq zəlzələ oldu
- 14:35 “44”ün ilk treyleri yayımlandı - VİDEO
- 14:25 “Sabah”ın potensial rəqibləri müəyyənləşdi
- 14:00 Məşhur aktyorun səhhətində problem yarandı
- 13:51 Bakının bu hissəsində su kəsiləcək
- 13:45 ABŞ-dan Yaponiyaya valyuta dəstəyi
- 13:38 Quş qripi Avstraliyaya da çatdı - İlk kütləvi ölüm
- 13:26 Tükiyədə zəncirvari qəza - Çox sayda yaralı var
- 13:20 Bu qanunlarda dəyişiklik təsdiqləndi
- 13:15 Fələstin səfirliyinə maliyyə yardımı göstəriləcək - FƏRMAN
- 13:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- 13:06 "Lalafo"da telefona görə pul ödədi - Satıcı yoxa çıxdı
- 13:02 "Barselona" yenidən diqqətini Viktor Osimhenə yönəltdi
- 13:00 Rəsmi Bakı Pakistana başsağlığı verdi
- 12:46 Türkiyədə tarixin izləri - 2500 illik heykəl tapıldı
- 12:40 Aziz Yıldırım Bakıya gəldi
- 12:28 Bakıda torpaq uçqunu: Maşınlara zərər dəydi - VİDEO
- 12:24 “Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan tendensiya ilə inkişaf edir”
- 12:23 Məşhur müğənnidən gözlənilməz QƏRAR
- 12:09 Kartlara limit qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
- 12:03 FİFA prezidentinə daha bir ZƏRBƏ
- 12:02 İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında - FOTOLAR
- 11:47 İllər sonra ilk dəfə kənar şəxslərlə görüşdü