Artıq bir müddətdir ki, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
GPON (Gigabit Passive Optical Network-Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Yeni tariflər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Belə ki, sosial şəbəkələrdə bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alıb. Moderator.az-a daxil olan şikayətlərin əksəriyəti də bu və internetin sürətinin artmaması ilə bağlıdır. Şikayətçilər iddia edirlər ki, internetlə bağlı tariflər artsa da sürət dəyişməz qalır. vakansiyalar
Manset.az Moderator.az-a istinadən xəbər verir ki, “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, bu problemlə bağlı istehlakçılar ona da müraciət edib.
“İnternetin qiymətinin artıb, sürətinin sabit qalması, artmaması ilə bağlı hər gün “Azad İstehlakçılar Birliyi” nə də telefon zəngi daxil olur. Bu, birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasıdır. Dövlətin apardığı rəqəmsallaşdırma siyasətinə zidd bir addımdır. Çox təəssüflər olsun ki, internet provayderləri istehlakçıları soyur, aldadır, müqavilə şərtlərinə əməl etmirlər. İnternet provayderləri çox da böyük olmayan bir qrup adamlarındır. Görünür onların öz aralarında bir sövdələşmələri var ki, hamımız istehlakçıları aldadaq. Düşünürəm ki, hökümət buna ciddi reaksiya verməlidir. Bu sahədə problemləri olan insanlar 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə şikayətlərini bildirə bilərlər”, - deyə o bildirib.
Eyyub Hüseynov bildirib ki, internetin qiymətinin artması ilə bağlı olaraq hər bir istehlakçıya sərbəst seçim hüququ verilməlidir:
“Qiymətin artması onunla bağlı idi ki, vəd vermişdilər ki, yüksək sürətli internet verəcəkdilər. İstehlakçı-istehsalçı hüququ var. Gərək elə olmasın. İstehlakçı interneti hansı tezlikdə sürətdə istəsə istifadə edə bilər. İmkan verilməlidir ki, istehlakçı seçim hüququndan istifadə edə bilsin. Bunu vermədilər. İnzibati üsulla istehlakçıya eyni rüşvət vermək istəyirdilər. Düşünürəm ki, bu istehlakçı hüquqlarının pozulmasıdır. Əslində bu adla ediblər, amma vermirlər. İstehlakçı hüquqlarının pozulmasını qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. “İstehlakçıların hüquqlarının qorunması” haqqında qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri bazar, həyat dəyişib, rəqəmsal satış, ticarət əmələ gəlib və s. Qanunlarsa dəyişməz qalıb, köhnəlib. Qanunu yerinə yetirən dövlət orqanı ötən həftə cənab prezidentin fərmanı ilə agentliyə çevrildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti, indi Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi oldu. Gözləyirik ki, bu qurum daha rasional, yaxşı işləyəcək. Çünki İqtisadiyyat Nazirliyinin əsas məqsədi biznesin inkişafı idi. İstehlakçı hüquq qorumaqla biznesin inkişafı bir-birinə təzad təşkil edirdi. Ona görə də gözləyirik ki, burada böyük kadr dəyişikliyi olacaq. Yeni kadrlarla istehlakçı hüquqlarının mükəmməl qorunmasını gözləyirik”.
“İnternet provayderləri əhalini aldadır...” - AÇIQLAMA
19:46 - 08 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
02 Avqust 2026 - 18:50
Azərbaycanın Xalq artistinə AĞIR İTKİ - FOTO
02 Avqust 2026 - 23:22
Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - VİDEO
02 Avqust 2026 - 22:25
Ekoloji narahatlıq yaradan zavodla bağlı RƏSMİ AÇIQLAMA
02 Avqust 2026 - 22:56
Maşında sıxılı vəziyyətdə qalan şəxs xilas edİldi - Anbaan görüntülər
02 Avqust 2026 - 16:47
Bugündən kartdan-karta köçürmələrə limitlər tətbiq olundu
02 Avqust 2026 - 23:51
Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı
02 Avqust 2026 - 23:10
Mahir çempionatda ilk qolunu vurdu
02 Avqust 2026 - 22:46
Ağdamda güclü yanğın başladı
02 Avqust 2026 - 23:54
Yayın istisində su ilə imtahan - VİDEO
02 Avqust 2026 - 23:37
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi
02 Avqust 2026 - 23:52
Sumqayıtda zəncirvari qəza
02 Avqust 2026 - 10:00
İkram Kərimov vəfat etdi
Xəbər xətti
- 03 Avqust 2026
- 08:15 Avqustda hansı meyvə və tərəvəzləri almaq daha sərfəlidir?
- 07:40 Atalar sözləri necə yaranıb?
- 07:00 İçkidən sonra hansı qidaları yemək orqanizmə daha faydalıdır?
- 00:00 “Roma” Endrik üçün hərəkətə keçdi
- 02 Avqust 2026
- 23:54 Yayın istisində su ilə imtahan - VİDEO
- 23:52 Sumqayıtda zəncirvari qəza
- 23:51 Yaxın Şərqdən turist axını niyə azalıb? - Səbəblər açıqlandı
- 23:37 Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi
- 23:22 Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - VİDEO
- 23:10 Mahir çempionatda ilk qolunu vurdu
- 22:56 Maşında sıxılı vəziyyətdə qalan şəxs xilas edİldi - Anbaan görüntülər
- 22:46 Ağdamda güclü yanğın başladı
- 22:25 Ekoloji narahatlıq yaradan zavodla bağlı RƏSMİ AÇIQLAMA
- 22:05 "Fənərbağça"da qarşıdurma
- 21:53 Vaşinqtonda meşə yanğınları
- 21:40 Serbiyanın Baş naziri vətəndaşlara çağırış etdi
- 21:21 Cənubi Koreyada rekord temperatur
- 21:06 Yayın ən bahalı transferləri açıqlandı - FOTO
- 20:49 Bilgəhdə 1 nəfər dənizdə batdı, 3 nəfər xilas edildi - YENİLƏNDİ
- 20:45 “Güllü”nün qızına ömürlük həbs tələbi
- 20:40 Almaniyada hava limanında kütləvi dava
- 20:31 Ombudsman beynəlxalq təşkilatlara ÇAĞIRIŞ ETDİ
- 20:10 Pakistanda terror - Ölənlər və xəsarət alanlar var
- 19:57 "Qarabağ"ın matçına biletlər bu qiymətə SATIŞA ÇIXARILDI
- 19:44 Yanğını söndürməyə getmişdilər - Toqquşdular
- 18:58 Azərbaycan güləşçisi gümüş medal qazandı
- 18:50 Azərbaycanın Xalq artistinə AĞIR İTKİ - FOTO
- 18:47 Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Bu tarixlərdə DİQQƏTLİ OLUN
- 18:38 Seuta sərhədində miqrant faciəsi
- 18:26 Türkiyədə meşə yanğını başladı
- 18:06 Leyla Əliyeva qardaşının doğum gününü belə təbrik etdi - FOTO
- 17:53 Ermənistan parlamentində gərgin anlar: And içmədilər - VİDEO
- 17:32 “AzerGold” və Bakı Media Mərkəzindən Daşkəsəndə milli kino seansı - FOTOLAR
- 17:15 Rekord istilərin acı nəticəsi - Minlərlə ölüm
- 17:00 Sabah Abşeron çimərliklərində hava necə olacaq?
- 16:50 Meteohəssasların nəzərinə
- 16:47 Bugündən kartdan-karta köçürmələrə limitlər tətbiq olundu
- 16:39 Hacıqabulda qəza - Ölən var
- 16:34 Meşə yanğınları ilə bağlı həbs edilənlər var
- 16:30 Bu ölkədə dövlət universitetlərində ali təhsil ödənişsiz olacaq
- 16:13 Atletika Federasiyasının məşqçisi vəfat etdi
- 16:10 Paylaşımlarına görə psixiatriya xəstəxanasına göndərildi
- 16:00 İndoneziyada bərədə yanğın - Ölənlər və itkin düşənlər var
- 15:52 Daha bir sosial şəbəkə fenomeni həbs olundu
- 15:47 “İrana hücumları bu təqdirdə dayandırıram”
- 15:37 Ukraynadan Belqoroda PUA zərbəsi - Ölənlər var
- 15:25 Yenidən Ermənistanın baş naziri OLDU
- 15:19 Sabah bu ərazilərdə işıq OLMAYACAQ
- 15:17 Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO
- 15:12 2 avtomobil toqquşdu - Xəsarət alanlar var
- 15:01 Xocavənddə mina PARTLAYIŞI - Xəsarət alan var