Bəzi rayonlarda leysan yağacaq - Çaylardan sel keçəcək

17:31 - 07 Oktyabr 2024

Bəzi rayonlarda leysan yağacaq - Çaylardan sel keçəcək

Sabah axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az