Dekabrın 6-da Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib.
Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, attestasiyanın məqsədi nazirliyin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmə ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.
Attestasiya komissiyasının formalaşdırılması haqqında məlumat verən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib ki, hər biri 5 nəfər olmaqla fortepiano ixtisası üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Qanunvericiliyə uyğun olaraq, komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 123 müəllim işə qəbul edilib. Boş qalan yerlərə isə 35 əlavə qəbul reallaşdırılıb. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir.
Qeyd olunub ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılacaq. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz Regional Mədəniyyət idarələri üzrə ilin sonunadək fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.
İlkin mərhələdə ümumilikdə 4100 müəllimin attestasiyadan keçirilməsi nəzərdə tutulur.
Qiymətləndirmə prosesinə fortepiano və musiqi nəzəriyyəsi ixtisaslarından başlanılması məsələsinə toxunan Cəsarət Valehov deyib ki, bu ixtisaslar üzrə müəllimlərin sayı bütün müəllimlərin ümumi sayının 57 faizini (fortepiano 45%, musiqi nəzəriyyəsi 12%) təşkil edir.
Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb, qanunvericiliyə əsasən, prosesin başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan müəllimlərə veriləcək. Proqramlar nazirliyin https://culture.gov.az rəsmi səhifəsində də yerləşdiriləcək.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirildi
15:04 - 06 Dekabr 2024








Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Valideynlərdən qızıl üzük alan müəllimlə bağlı QƏRAR - YENİLƏNİB

Bayramda Bakıdan nə qədər sərnişin daşınıb?

"Səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi" - Aparıcıdan təsirli PAYLAŞIM

Sürücülük vəsiqəsi ilə bağlı DƏYİŞİKLİK

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTO

Bu rayonda qaz olmayacaq

Bazar günü hava necə olacaq?

Kartlardan 6 minə yaxın pul oğurlandı

“Azərişıq” ASC “Ekspo 2025” dünya sərgisində - VİDEO

Ən çox yağış düşən rayonlar - FAKTİKİ HAVA

“TikTok”da kreditə aldanıb, öz pulundan da oldu - VİDEO

AZAL bayrama görə Naxçıvana reysləri artırdı
Xəbər xətti
- 07 İyun 2025
- 16:54 "İnter" yeni transferini açıqladı
- 16:35 Ermənistanda seçkilərin vaxtı açıqlandı
- 16:14 Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
- 15:49 Bakıda 3 nəfərin öldüyü qəzanın ANBAAN GÖRÜNTÜSÜ
- 15:31 Valideynlərdən qızıl üzük alan müəllimlə bağlı QƏRAR - YENİLƏNİB
- 15:23 Bakıda dəhşətli qəza - 3 nəfər öldü
- 15:12 İlham Əliyev Şahbaz Şəriflə danışdı
- 14:49 3 övladından sonra özü də vəfat etdi - 28 yaşında...
- 14:31 Bayramda Bakıdan nə qədər sərnişin daşınıb?
- 14:16 "Ford" kanala aşdı: 5 nəfər yaralandı - FOTO
- 14:12 NATO Mərkəzində bayrağımız qaldırıldı - FOTO
- 13:42 "Səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi" - Aparıcıdan təsirli PAYLAŞIM
- 13:35 Sürücülük vəsiqəsi ilə bağlı DƏYİŞİKLİK
- 13:17 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTO
- 13:08 Azərbaycanda faciəvi QƏZA: Azyaşlı öldü - FOTO
- 12:48 Bu rayonda qaz olmayacaq
- 12:10 Bazar günü hava necə olacaq?
- 11:54 Kartlardan 6 minə yaxın pul oğurlandı
- 11:30 Zakir Həsənov şəxsi heyətlə görüşdü - FOTO
- 11:09 “Azərişıq” ASC “Ekspo 2025” dünya sərgisində - VİDEO
- 10:57 Ən çox yağış düşən rayonlar - FAKTİKİ HAVA
- 10:43 Bu ölkədə güclü zəlzələ oldu
- 10:28 “TikTok”da kreditə aldanıb, öz pulundan da oldu - VİDEO
- 10:11 AZAL bayrama görə Naxçıvana reysləri artırdı
- 09:48 Qurban kəsmək istəyən 14 mindən çox insan xəstəxanalıq oldu
- 09:31 Dünya bazarında neftin QİYMƏTİ
- 09:03 Millimiz Latviya yığması ilə üz-üzə gələcək
- 08:30 “Mançester Yunayted”in transfer təklifi rədd edildi
- 08:00 2 milyona görə həbs edilən direktora daha bir İTTİHAM
- 05:14 Xoşqədəm Hidayətqızına növbəti AĞIR İTKİ
- 01:00 "Fənərbaxça" ulduz futbolçunu göndərdi
- 00:30 Restoranda bunu yeyənlər 2 dəfə düşünməlidi
- 06 İyun 2025
- 23:59 "Oyunçularım nələr istədiyimi bilirlər" - Fernandu Santuş
- 23:38 Bakıdan rayona gedən ailə ŞOK yaşadı - VİDEO
- 23:27 Azərbaycanda şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı
- 23:14 Çoxmərtəbəli binalar təbii qazla təmin olunmaya bilər - VİDEO
- 23:04 “Tottenhem” Postekoğlunu istefaya göndərdi
- 22:50 Azərbaycan ərazisinə keçmiş 2 erməni Ermənistana qaytarıldı
- 22:33 Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı
- 22:08 “Bu gözlənilən problem idi”
- 21:57 Zelenski Trampla görüşmək niyyətindədir
- 21:39 "Cəhənnəm" istisi bu ölkəni məhv edəcək - XƏBƏRDARLIQ
- 21:13 Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq
- 20:49 Ümumdünya Ətraf Mühit Günü qeyd olundu - FOTOLAR
- 20:24 Millimiz Qazaxıstanı məğlub etdi
- 20:21 Azərbaycan və gürcü aktyorları bir səhnəni bölüşdülər - FOTOLAR
- 19:59 Tramp öz “Tesla”sını satmağı planlaşdırır
- 19:50 9-cu mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı
- 19:41 Yamal son 112 ildə ilk belə futbolçudur
- 19:37 Paşinyan Azərbaycan xalqını təbrik etdi
- 19:25 Rusiya İlon Maska siyasi sığınacaq təklif etdi

