Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tibbi aksiya keçirilib

20:31 - 29 Dekabr 2023

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tibbi aksiya keçirilib

28 dekabr 2023 - cü il tarixində Nizami Tibb Mərkəzi və BUTA xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə tibbi aksiya keçirilib. 

 

Manset.az xəbər verir ki, aksiyada xüsusi qayğıya ehtiyacı olan uşaqlar pediatr və terapevt müayinəsindən keçdikdən sonra həkim rəyi əsasında müvafiq olaraq laborator analizlər, oftalmoloq, kardioloq, dermatoloq, psixoloq, USM və rentgen müayinələrindən keçiriliblər.

Müayinə nəticələrinə uyğun olaraq uşaqlara müalicələr təyin olunub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az