Rusiyanın Krasnoyarsk şəhərindən Bakıya uçan sərnişin təyyarəsində texniki nasazlıq yaranıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “İrAero” aviaşirkətinə məxsus təyyarə kondisioner sistemində yaranan nasazlıq aradan qaldırılsa da, uçuşu reallaşdıra bilməyib.
Sərnişinlərin sözlərinə görə, onları təmir zamanı hava limanında təqribən 2 saat gözlədiblər. Bundan sonra təyyarə uçuş-enmə zolağına daxil olsa da, yenə də havaya qalxa bilməyib.
Nəticədə sərnişinlər arasında panika yaranıb. Son nəticədə problem aradan qaldırılıb. Amma 22 sərnişin həmin təyyarə ilə uçmaqdan imtina edib.