"ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir

14:55 - 03 Fevral 2025

\"ChatGPT\"nin yeni möhtəşəm funksiyası gəlir

"ChatGPT"də şəbəkədə mövcud olan böyük həcmli məlumatları ümumiləşdirməyə və mürəkkəb tədqiqat tapşırıqlarını yerinə yetirməyə imkan verən yeni funksiya işə salınır.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "OpenAI" şirkətinin saytında elan edilib.

Bildirilir ki, "Deep research" adlanan yeni proqram tədqiqatçı-analitik səviyyəsində tam hesabat yaratmaq üçün yüzlərlə onlayn mənbəni müstəqil şəkildə tapa, təhlil edə və ümumiləşdirə bilər.

Tərtibatçıların sözlərinə görə, bu bilikləri ümumiləşdirmək qabiliyyəti yeni biliyin formalaşması üçün ilkin şərtdir və ümumi süni intellektin inkişafı istiqamətində yeni addımı göstərir.

Proqram şəbəkədə məlumat axtarışı və məlumatların təhlili üçün optimallaşdırılmış "o3" modelinə əsaslanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az