Arıqlamaq və sağlam qalmaq üçün ən çox verilən suallardan biri budur: 45 dəqiqəlik gəzməkmi daha faydalıdır, yoxsa 15 dəqiqəlik qaçış?
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hər iki fəaliyyətin öz üstünlükləri var.
Gəzinti az riskli və hər kəs üçün əlçatan fiziki fəaliyyət növüdür. Orta tempdə 45 dəqiqə gəzinti 150-250 kalori yandırmağa kömək edir və dözümlülüyü artırır. Qaçış isə qısa müddətdə daha çox kalori yandıraraq (təxminən 100-150 kalori) ürək-damar sistemini gücləndirir və yağ yandırmanı sürətləndirir.
Mütəxəssislər bildirir ki, seçiminiz sizin yaşınız, sağlamlıq vəziyyətiniz və məqsədinizdən asılıdır. Məsələn, oynaq problemi olan biri üçün gəzinti daha uyğun ola bilər, arıqlamaq istəyən və fiziki cəhətdən daha aktiv biri üçün isə qaçış daha faydalı nəticə verə bilər.