Azərbaycanda bu ilin I rübündə tikinti-quraşdırma işlərində, o cümlədən yerüstü tikililər və yol və körpü tikintisi üzrə istehsalçı qiymət indeksləri 2024-cü ilin IV rübü ilə müqayisədə 100,6 faiz təşkil edib.
Bu barədə Manset.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə ötən ilin IV rübü ilə müqayisədə 2025-ci ilin I rübündə yaşayış evləri üzrə qiymət indeksi 100,5 faizə bərabər olub. 2025-ci ilin I rübü üzrə bu göstərici isə 2024-cü ilin I rübünə nisbətən 101,3 faiz təşkil edib.