Sabah 12 kənd qazsız qalacaq

12:58 - 11 İyun 2025

Sabah 12 kənd qazsız qalacaq

Sabah Lənkəran rayonunun 12 kənd və 1 qəsəbəsində qaz təchizatı dayandırılacaq.


Manset.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Lənkəran rayonunun Xarxatan qaz paylayıcı stansiyasında istismara yararsız olan iki qaz tənzimləyici qurğunun demontaj edilməsi və həmin hissəyə diametri 108 mm-lik borunun qaynaq edilməsi planlaşdırılır.

Bu işlər iyunun 12-də saat 10:00-da başlayacaq və tamamlanana qədər davam edəcək. İşlər aparıldığı müddətdə 9 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv