Qırmızı
Ürəklər Fondu Qurban bayramı münasibətilə ölkənin 34 şəhər və rayonunu əhatə edən
genişmiqyaslı “Qurban Payı” aksiyasını uğurla yekunlaşdırıb. Aksiya çərçivəsində
aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan 376 ailəyə qurban
payı təqdim edilib.
“Qurban
payı” aksiyası Qırmızı Ürəklər Fonduna edilən ianələr hesabına həyata
keçirilib. Birbank mobil tətbiqindən və redhearts.az veb-saytı üzərindən
aparılan ianə toplama kampaniyası nəticəsində 1049 ianəçinin dəstəyi ilə 8975
AZN ianə toplanılıb.
Aksiyanın
həyata keçirilməsində Kapital Bank-ın 52 könüllüsü fəal iştirak edib. Bayram
payları könüllülər vasitəsilə yardıma ehtiyacı olan ailələrə çatdırılıb.
Fond
ənənəvi olaraq təşkil olunan bu aksiya ilə bayram günlərində yardıma ehtiyacı
olan ailələrin sevincinə şərik olmağı, eyni zamanda cəmiyyətin hər bir fərdinə
sosial məsuliyyət və həmrəylik hissini aşılamağı hədəfləyir.
Ətraflı
məlumat üçün: https://rb.gy/5ked6i
Qeyd
edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir
qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə
dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı
Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən
mövzularda dəstək olmaq üçün https://redhearts.az
saytına daxil ola bilərsiniz.