Bir neçə gündür Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə, generalın 27 yaşlı oğlu Məhəmməd Quliyev 2019-cu ildə DSX-da leytenant rütbəsi ilə xidmətə başlayıb və 6 ilə polkovnik-leytenant rütbəsinə layiq görülüb.
Manset.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Məhəmməd Quliyev sıralarında deyil:
“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir”.