İnnovasiya və sürət lideri “Bakcell” dünyanın aparıcı taksi
aqreqatorlarından biri olan “Uber” ilə əməkdaşlığını davam etdirir. “Uber”
platforması vasitəsilə hər sifariş zamanı sərnişinlər səyahət boyu
"Bakcell”in ödənişsiz təklif etdiyi 1GB həcmində internet paketindən
faydalana biləcəklər.
Təklifdən yararlanmaq üçün “Uber” tətbiqi üzərindən sifariş
zamanı "Fastest" kateqoriyasındakı tariflərdən birini seçmək kifayətdir.
Təqdim olunan 1 GB internet paketi sərnişinlər üçün 30 dəqiqə ərzində keçərli
olacaq. "Bakcell" və "Uber"in istifadəyə verdiyi bu innovativ
xidmət sürət və bağlantını bir araya gətirərək sərnişinlərə daha səmərəli və fərqli
səyahət təcrübəsi qazandıracaq.
“Bakcell” davamlı olaraq abunəçilərinin
gündəlik təcrübəsini zənginləşdirən innovativ məhsul və həllər təqdim edir. Belə
ki, son bir il ərzində şirkət Azərbaycanda “Birinci Tariff”, “Tarif məsləhətçisi”,
“VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri” daxil olmaqla süni intellekt,
texnologiya və son dövr yeniliklərə əsaslanan məhsul və xidmətlərini istifadəyə
verib.
Təklif barədə daha ətraflı məlumatı “Bakcell”in saytından və ya rəsmi sosial şəbəkə
hesablarından
əldə etmək mümkündür.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.