“İndi bilmirəm kimə zəng edim, kimlə danışım”
Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev mərhum Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində deyib.
“Azərbaycan ədəbiyyatı böyük yazıçısını, xalqımız isə böyük bir xadimini itirdi” - deyə o qeyd edib.
Anar ən yaxın dostunun vəfatından dərin sarsıntı keçirdiyini bildirib:
“Mən ən yaxın dostumu itirdim. Bu taleyin cəzasıdır, bəlkə də, mən dostlarımın dəfn mərasimində çıxış edirəm. Elçin mənim üçün çox vəfalı və etibarlı dost idi. Mən indi bilmirəm kimə zəng edəcəyəm. Yenə də deyirəm, bu mənim üçün taleyin cəzasıdır”.