Bu
il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü
Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək göstəricidir.
Məhz bu münasibətlə Azərbaycanın ən böyük maliyyə qurumu olan Kapital Bank-da
xüsusi görüş baş tutub. Bankın İdarə Heyətinin Sədri və Baş İcraçı direktoru Fərid
Hüseynov, eləcə də İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf
üzrə Baş inzibatçı Fərqanə Məmmədova müsabiqənin qalibi olan əməkdaşlarla bir
araya gələrək onları şəxsi nailiyyətləri münasibətilə təbrik ediblər.
Görüş
zamanı rəhbərlik qaliblərin uğur yolunu dinləyib, onların peşəkar inkişaf
prosesində göstərdikləri əzmkarlığı və liderlik keyfiyyətlərini yüksək qiymətləndirib.
Səmimi müzakirələr əsnasında iştirakçılar həm müsabiqənin çətinlikləri, həm də
bu nəticənin bank daxilində digər əməkdaşlar üçün də motivasiya və örnək təsiri
yaratdığı barədə fikirlərini bölüşüblər.
Kapital
Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov görüş zamanı bildirib ki, bu nəticə
bankın insan kapitalına verdiyi dəyərin və sistemli yanaşmasının göstəricisidir:
“Yüksəliş yalnız fərdi nailiyyət deyil, bu həm də təşkilati uğurdur. Biz
Kapital Bank-da sabahın liderlərini müəyyən edir, onlara şəxsi inkişaflarında şərait
yaradırıq. Bu müsabiqədə də üç qalibimizin olması təsadüfi deyil. Bu, illərlə
formalaşan dəyərlər sistemimizin və inkişaf mədəniyyətimizin nəticəsidir”.
İnsan
kapitalı və təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova isə müsabiqənin
nəticələrini bank üçün strateji əhəmiyyətli bir göstərici kimi qiymətləndirib:
“Bizim əsas dəyərimiz insandır. Hər bir əməkdaşımızın fərdi inkişafı, liderlik
bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi bankımızın uzunmüddətli uğur
strategiyasının tərkib hissəsidir. “Yüksəliş” kimi platformalarda qalib olmaq
bu istiqamətdə atılan addımların doğruluğunu bir daha təsdiq edir”.
Qeyd
edək ki, builki “Yüksəliş” müsabiqəsinin qalibləri arasında Kapital Bank-ın
Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət
şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin
məhsul sahibi Məmməd Həsənov yer alıb. Onların hər biri bank daxilində inkişaf
yolu keçmiş, müxtəlif struktur vəzifələrdə uğurlu fəaliyyətləri ilə seçilmiş əməkdaşlardır.
Xatırladaq
ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı
ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçi kadrların
aşkarlanması, inkişaf etdirilməsi və dövlət idarəçiliyi də daxil olmaqla müxtəlif
sahələrdə liderlik potensiallarının gücləndirilməsidir. Beş mərhələdən ibarət
olan müsabiqə iştirakçıların strateji düşüncə, liderlik, qərarvermə və etika
kimi bacarıqlarını qiymətləndirən beynəlxalq model əsasında həyata keçirilir.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.