Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə
Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində
“ARKA” MMC Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkar olunub.
SİMDNX-dan Manset.az-a verilən məlumata görə, tədbirlər
zamanı müəyyən olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən
adıçəkilən fabrik tərəfindən fəaliyyəti zamanı formalaşan istehsalat tullantı
suları qanunvericiliyin tələblərinə uyğun idarə olunmur.
Faktla bağlı qanunvericiliyə uyğun
olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış
materiallarla birlikdə Xəzər rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmənin qərarına əsasən, “ARKA” MMC təqsirli
bilinərək barəsində 10 500 manat məbləğində inzibati cərimə tətbiq
edilib.
ADSEA bir daha bütün hüquqi və fiziki şəxsləri
su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə
ciddi riayət etməyə çağırır.