Ağdamda yanğın törədən şəxs saxlanıldı

17:11 - 18 Avqust 2025

Ağdamda yanğın törədən şəxs saxlanıldı

Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Manset.az-a bildirilib ki, polis əməkdaşlarının apardığı araşdırmalarla yanğını kənd sakini, 48 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az