Bu ərazilərdə qaz kəsiləcək - Sakinlərin nəzərinə

19:32 - 18 Avqust 2025

Bu ərazilərdə qaz kəsiləcək - Sakinlərin nəzərinə

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçələrinin kəsişməsində və M.Mehdizadə küçəsində, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 19.08.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələrinin, 8 Noyabr (bir hissəsi) və Babək prospektlərinin, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az