Şeyx xaricdə təmtəraqlı ad günü keçirib? - Özündən REAKSİYA

17:10 - 27 Avqust 2025

Şeyx xaricdə təmtəraqlı ad günü keçirib? - Özündən REAKSİYA

Dünən doğum gününü qeyd edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də olub. O, 76 yaşını qeyd edib. Şeyxin doğum gününü xaric ölkələrdən birində təmtəraqlı şəkildə qeyd etməsi ilə bağlı bəzi iddialar yayılıb.


Manset.az məsələ ilə bağlı Allahşükür Paşazadə ilə əlaqə saxlaya bilib. O, saytımıza açıqlamasında məlumatın doğru olmadığını qeyd edib:

“Hazırda Azərbaycandayam, ailəmin yanındayam. Doğum günümü elə belə öz ailəmlə keçirirəm. Ümumiyyətlə, təmtəraqlı ad günü qeyd etməyi heç vaxt sevməmişəm. Həmişə çalışmışam ki, sadə və ailəmlə birgə olsun. Xaricə getməyim isə yalnız işgüzar səfərlərlə bağlı ola bilər. Mən hamıya can sağlığı arzulayıram".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az