Tələbə adını qazananlar arasında onlar da var - FOTOLAR

10:45 - 23 Avqust 2025

Tələbə adını qazananlar arasında onlar da var - FOTOLAR

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlanıb.


Manset.az-ın məlumatına görə, tələbə adını qazananlar arasında tanınmış simaların, ictimai-siyasi xadimlərin övladları, yaxınları var. Həmin siyahını təqdim edirik:

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun qızı xaricdə məşhur universitetlərdən birinə qəbul olub:

"Ayan Qasımovadan başqa nəticə gözləmirdim!"


Əməkdar artist Elnur Əhmədovun qızı Azərbaycan Diplomatik Akademiyasında təhsil alacaq:

"Gözəl qızım Ləman səni yüksək 620 balla ADA-Azərbaycan Diplomatik Akademiyasına (Dövlət və ictimai münasibətlər)ixtisasına qəbul olmağın münasibəti ilə ürəkdən təbrik edirəm.Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirəm.Allah hər birini qorusun".

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin oğlu da tələbə adını qazananlar sırasındadır:

"Tam orta təhsili necə uğurla başa vurdunsa inanıram ki,ali təhsili (NDU-İctimai səhiyyə-DS) də uğurla bitirib karyeranı quracaqsan. Ad günündə bizədə özünədə ən böyük hədiyyə etdin. Ad günün və tələbə adın mübarək".

Deputat Elnarə Akimova ikinci dəfə tələbə anası oldu:

"İkinci dəfə tələbə anası oldum. Xoşbəxtəm, qürurluyam! Allah bütün valideynlərə övlad fərəhi nəsib etsin! Əvəzsiz duyğudur. Tələbə adını qazanan hər kəsi təbrik edirəm"

Naxçıvan Dövlət Televiziyasının əməkdaşı Anar Tağıyevin bacısı oğlu Naxçıvanda təhsil alacaq:

"Təbriklər, günün qəhrəmanı! Dayısına söz verdi və etdi!Seçimimiz Naxçıvan Dövlət Universiteti - NDU"

Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Xəqani Qurbanovun qızı tələbə adını qazanıb:

"Qızım daxil olmaqla tələbə adını qazanan bütün abituriyentləri təbrik edirəm. Təhsil uğurlarınız bol olsun!"

 Jurnalist Məhsəti Şərif Özyurek xala kimi tələbə sevincini yaşayanlardandır:

"Xalasinin canı tələbə adın mübarək! ADNSU. Telebe adı qazanan bütün gəncləri təbrik edirəm"




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az