Deputat yas mərasimlərinə icazə verilməsini təklif etdi

12:02 - 14 Dekabr 2021

Deputat yas mərasimlərinə icazə verilməsini təklif etdi

“Bu gün 150 nəfərin iştirakı ilə toy mərasimləri keçirilir. Hesab edirəm ki, yasların da 100-150 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilməlidir. Operativ Qərargah bu məsələyə baxmalıdır”.

Manset.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat ümid edir ki, bu məsələ ilə bağlı yaxın günlərdə dəyişiklik olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az