Məlahət İbrahimqızı ayağının sınması ilə bağlı xəbəri özü təsdiqləyir - SƏS YAZISI

21:52 - 16 Sentyabr 2025

Məlahət İbrahimqızı ayağının sınması ilə bağlı xəbəri özü təsdiqləyir - SƏS YAZISI

Bu gün Milli Məclisin deputatı Məlahət İbrahimqızının ayağının sınması ilə bağlı xəbər yayımlamışdıq. Lakin xanım millət vəkili nədənsə bəzi saytlara məlumatı təsdiq etsə də, daha sonra bir sıra önəmli xəbər portallarına bu məlumatı təkzib edib.


Manset.az xəbər verir ki, ciddi xəbər portallarına Məlahət İbrahimqızının bu məlumatı təkzib etməsi portalımızın redaksiya heyətində təəssüf hissi yaradıb.

Məlumatın özəl xəbər istehsalçısı Manset.az Xəbər Portalı olduğuna görə ciddi media resurslarında xanım deputatın guya məlumatı təkzib etməsi saytımızın reputasiyasına zərbə vurmaq cəhdi kimi başa düşülür.

Manset.az Xəbər Portalı yarandığı gündən yayımladığı bütün xəbərlərdə, reportajlarda, müsahibələrdə və açıqlamalarda jurnalistikanın üç əsas prinsipi – dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə sadiq qalıb. Bu çərçivədə, xanım deputatla bağlı bu gün yayımladığımız xəbərin doğruluğunu bir daha təsdiq edir və cəmiyyətə məlumatın düzgünlüyünü aydınlatmaq məqsədilə millət vəkilinin özü tərəfindən təsdiqlənmiş səs yazısını təqdim edir.



Manşet.az



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az