Bağlar ETSİ-nə daxil olan bəzi ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.\
Manset.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bu gün 110/35/6 kV-luq 136 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 09:00-dan 13:00-dək Fatmayı və Goradil bağlarında, eləcə də kəndlərin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.