Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
Əmək və Sosial Münasibətlər Akademiyası Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi
və Sağlamlığı İnstitutu (IOSH - Institution of Occupational Safety and
Health) tərəfindən akkreditasiyadan keçirilib.
Manset.az xəbər verir ki, bu sənəd Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasına əmək mühitində təhlükəsizlik və sağlamlıqla bağlı beynəlxalq
standartlara uyğun təlimlər keçirməyə, iştirakçıların bilik və bacarıqlarını
qiymətləndirməyə, həmçinin IOSH sertifikatı təqdim etməyə imkan yaradır. IOSH
sertifikatı əldə edənlər artıq beynəlxalq səviyyədə əməyin təhlükəsizliyi üzrə
ixtisaslı mütəxəssis hesab olunurlar.
Qeyd edək ki, IOSH dünyada əməyin təhlükəsizliyi və
sağlamlığı sahəsində fəaliyyət göstərən nüfuzlu institutdur. Təşkilatın əsas məqsədi
iş yerlərində risklərin minimuma endirilməsi və işçilərin sağlam və təhlükəsiz
mühitdə çalışmasının təmin olunmasıdır.