Smartfon istifadəçilərinin çoxu bilmədən batareyanın ömrünü qısaldan funksiyadan istifadə edir. Mütəxəssislərin sözlərinə görə, bu funksiya aktiv olduqda cihaz daha çox enerji sərf edir və batareya sürətlə boşalır.
Manset.az xəbər verir ki, söhbət Bluetooth, "Airdrop" (iPhone) və ya "Nearby Share" (Android) funksiyalarından gedir. Bu xidmətlər telefonunuzu ətrafdakı digər cihazlarla davamlı əlaqədə saxlayır və nəticədə enerji istehlakı artır.
Mütəxəssislər bildirir ki, bu funksiyalar yalnız istifadə zamanı aktiv edilməlidir. Əks halda, telefon boş yerə enerji sərf edir, batareya daha tez köhnəlir və şarj tez azalır.
Necə söndürmək olar:
iPhone: Parametrlər → Bluetooth / Airdrop → "Off" seçin.
Android: Parametrlər → Bağlantılar → Bluetooth və Nearby Share → "Deaktiv et".
Tövsiyə: Yalnız istifadə etdiyiniz anda bu funksiyaları açın. Beləliklə, həm batareyanızın ömrünü uzadacaq, həm də cihazınızın performansını artırmış olacaqsınız.