Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirildi

16:51 - 05 Oktyabr 2025

Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 oktyabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.


Manset.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 8 imtahan rəhbəri, 42 nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u açıq tiplidir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanda ümumilikdə 599 nəfər iştirak edib.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olublar.

Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 4 həftədən sonra elan olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az