“Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda TƏLİM PROQRAMI 

15:30 - 06 Oktyabr 2025

“Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda TƏLİM PROQRAMI 

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda ikigünlük təlim proqramı bu gündən start götürüb. 


Manset.az xəbər verir ki, 6-9 oktyabr tarixlərini əhatə edən təlim proqramı iki hissədən ibarət olacaq. 

6-7 oktyabr tarixində baş tutacaq təlim günlərində ölkənin müxtəlif qurumlarının, nazirliklərin, icra hakimiyyətlərinin müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları, eləcə də mətbuat nümayəndələri iştirak edir. 

8-9 oktyabr tarixlərində isə “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda müxtəlif qruplarla - ailələr və şagirdlərlə görüşlərin keçiriləcəyi bildirilib. 

Qeyd edək ki, proqramın təlimçisi BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri, İnsan Hüquqları Komitəsinin sabiq sədri, Gürcüstan Parlamentinin üzvü, professor Sofia Kiladzedir. 


Fidan Vəlisoy


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az