Araşdırmalar göstərir ki, infarkt (ürək böhranı) çox vaxt ani deyil – xüsusilə qadınlarda hücumdan həftələr əvvəl bəzi xəbərdarlıq əlamətləri görünə bilər. Mütəxəssislər bu əlamətlərin vaxtında tanınmamasının ölüm riskini artırdığını bildirirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ən çox rast gəlinən 5 əlamət bunlardır:
-
Qeyri-adi yorğunluq (71%)
-
Yuxu pozğunluğu (48%)
-
Nəfəs darlığı (42%)
-
Həzmsizlik və ya ürək yanması (39%)
-
Narahatlıq (36%)
"Circulation" jurnalında dərc olunan araşdırmaya görə, qadınların 39%-i infarktdan bir ay əvvəl mədə narahatlığı yaşayıb, lakin bu simptom hücum zamanı olmayıb.
Hücum zamanı daha çox görülən əlamətlər:
-
Nəfəs darlığı (58%)
-
Zəiflik (55%)
-
Qeyri-adi yorğunluq (43%)
-
Soyuq tər (39%)
-
Başgicəllənmə (39%)