Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Bülent Tutluoğlu bildirir ki, siqaret bədənin demək olar ki, bütün orqanlarına zərər verir və ağciyər xərçənginin 90%-i siqaretlə bağlıdır. Tərkibindəki 70-dən çox kanserogen maddə ölümcül xəstəliklərə yol açır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, siqaretin zərər verdiyi bəzi sahələr var.
-
Saç tökülməsi, erkən qocalma
-
Diş və ağız xərçəngləri
-
Ağciyər, mədə, qaraciyər, böyrək xərçəngləri
-
Ürək-damar xəstəlikləri
-
Sonsuzluq, düşük, vaxtından əvvəl doğuş
-
Psixoloji problemlər (anksiyete, depressiya)
Siqareti tərgitməyə yardımçı 6 məsləhət:
-
Dəstək alın: Tərgitmə qərarınızı yaxınlarınıza bildirin, birlikdə tərgitməyə çalışın.
-
Əlçatanlığı azaldın: Evdə siqaret saxlamayın, siqaret almağı məhdudlaşdırın
-
Çəkilən sayını azaldın: Hər gün siqareti bir az gec çəkin, yarısını için, çəkdiyinizə görə özünüzü “cəzalandırın”.
-
Vərdişləri dəyişin: Avtomatik siqaret çəkməyə səbəb olan halları izləyin və önləyin.
-
Siqareti xoşagəlməz hala gətirin: Külqabıları boşaltmayın, kötükləri yığın, güzgü qarşısında siqaret çəkin.